İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakıda kişi ailəsi ilə narkotik götürməyə getdi

Bakının Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mərdan adlı şəxsin məhkəməsində maraqlı faktlar üzə çıxıb.Leqal Xəbər Xitab24.az-a istinadən xəbər verir ki, Mərdan istintaqa məlum olmayan şəxsin göndərdiyi 40 kiloqrama

14 baxış 3 dəq

Bakının Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mərdan adlı şəxsin məhkəməsində maraqlı faktlar üzə çıxıb.Leqal Xəbər Xitab24.az-a istinadən xəbər verir ki, Mərdan istintaqa məlum olmayan şəxsin göndərdiyi 40 kiloqrama yaxın marixuananı götürmək üçün Qaradağ rayonuna həyat yoldaşı və azyaşlı övladı ilə gedib.

Məlum olub ki, Mərdanın ailə üzvləri ilə birlikdə Lökbatan ərazisinə getməkdə məqsədi şübhələri üzərindən yayındırmaq olub. O, gecə vaxtı küçədə ailəsi ilə görünəcəyi təqdirdə heç kimin ondan şübhələnməyəcəyini düşünüb.

Lakin onun bu planı baş tutmayıb. Mərdan İran vətəndaşının göndərdiyi narkotik vasitələrlə dolu kisələri götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Mərdanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin