İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakıda “Eternity-2026” üç ölkənin komanda-qərargah təlimi başlayıb

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Bu barədə Leqal Xəbər Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasəsən, xəbər verir. Milli Müdafiə Universitetinin Hərbi

9 baxış 3 dəq

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Bu barədə Leqal Xəbər Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasəsən, xəbər verir.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.

Əvvəlcə hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb. Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.

Çıxışlardan sonra təlimin məqsədi, qarşıya qoyulan tapşırıqlar, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verilib.

Bildirilib ki, mütəmadi keçirilən təlimin məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətlərin koordinasiyasını təkmilləşdirmək, eləcə də iştirakçıların təbii resursların daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə dair əməliyyat və analitik bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin