İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“Bakı İqlim Həftəsi 2026” işə başlayıb

Azərbaycanın paytaxtında “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) öz işinə başlayıb. Leqalxeber.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli

8 baxış 3 dəq

Azərbaycanın paytaxtında “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) öz işinə başlayıb.

Leqalxeber.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli çempionlar iştirak edirlər.

Açılış mərasimində COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP30-un icraçı direktoru Ana Toni, COP31-in icraçı direktoru Fatma Varank, COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu Samed Ağırbaş, İRENA-nın baş direktoru Francesco La Camera və digər şəxslər çıxış edəcəklər.

Tədbirdə BCAW 2026 ilə bağlı videoçarx nümayiş etdirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell də iştirakçılara videoformatda müraciət edəcək.

“Bakı İqlim Həftəsi” iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Xəbəri paylaş Dostlarınıza göndərin