2026-cı ilin yanvar-avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5.7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib. Üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1.5% artıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Sərnişin axınının əsas hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Belə ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı aeroportu 4.9 milyondan çox sərnişinə xidmət göstərib və 39525 uçuş həyata keçirib.
Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar-avqust aylarında transfer sərnişinlərinin sayı 373733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34% artıb.
İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqust 2026-cı il tarixində qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib.![]()
Bakı hava limanları ilə daşınan sərnişinlərin sayı açıqlandı
2026-cı ilin yanvar-avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5.7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib. Üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1.5% artıb. Bu barədə
7 baxış
3 dəq