İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb. Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub. Cinayət

9 baxış 3 dəq

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb.

Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.

Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona bir il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında həmin şəxsin əl yükü stasionar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli görüntülər müşahidə olunub. Daha sonra aparılan yoxlama zamanı əl yükündəki ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkar edilib.

Ekspertiza nəticəsində patronların zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli və atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Samit Bəşirov məhkəmədə patronların ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, Moskvada tanımadığı bir şəxs Bakıya göndərilməsi üçün ona bir qutu verib.

Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs, həmçinin Moskvada hava limanında üç gömrük nəzarətindən keçdiyini, lakin heç bir problemin aşkarlanmadığını deyib. O, sonda törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, S.Bəşirov 2013-cü ildə Pekində keçirilən uşu-sanda üzrə dünya çempionatının qalibi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin