İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

BAHADUR RZAYEVƏ TƏBİB-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ

Leqal Xəbər məlumat verir ki, Bahadur Məhərrəm oğlu Rzayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini vəzifəsinə təyin olunub. Məlumata görə, Bahadur Rzayev ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment

25 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Bahadur Məhərrəm oğlu Rzayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini vəzifəsinə təyin olunub.
Məlumata görə, Bahadur Rzayev ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə alıb, daha sonra İstanbul Universitetində təşkilatların idarəolunması sahəsində magistr təhsili alıb. O, həmçinin Almaniyanın “RWTH Aachen” Universitetində liderlik və təşkilati səmərəlilik istiqamətində elmi araşdırmalar aparıb.
Peşəkar fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Sonrakı mərhələdə agentliyin İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.
Bildirilib ki, Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, rəqəmsal həllərin tətbiqi, strateji planlaşdırma və keyfiyyət idarəçiliyi sahələrində ixtisaslaşıb. Təyinata qədər o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Bahadur Rzayev “Yüksəliş” müsabiqəsinin finalçısı olub və Böyük Britaniyanın University of Birmingham universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsilini yüksək nəticə ilə başa vurub.

Xəbəri paylaş Dostlarınıza göndərin