İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azyaşlının gözü qarşısında törədilən qətl:

Bakıda qaynını azyaşlı oğlunun gözü qarşısında qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsrətovun kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı müəyyənləşib. Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 24-nə təyin olunub. İşə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq. İttiham aktına əsasən,

25 baxış 3 dəq

Bakıda qaynını azyaşlı oğlunun gözü qarşısında qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsrətovun kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı müəyyənləşib.

Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 24-nə təyin olunub. İşə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, hadisə 2023-cü ildə paytaxtın Nizami rayonunda baş verib. Bildirilir ki, Həsən Həsrətov əvvəlcə qaynı Rasim Zamanovun azyaşlı oğluna fiziki zor tətbiq edib. Bundan xəbər tutan Rasim Zamanov övladını müdafiə etmək məqsədilə hadisə yerinə gəlib.

Tərəflər arasında yaranan mübahisə zamanı Həsən Həsrətovun özü ilə gətirdiyi bıçaqla Rasim Zamanova çoxsaylı zərbələr endirdiyi iddia olunur. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən, o cümlədən sağ ağciyərinin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itkisindən hadisə yerində həyatını itirib.

İttihama görə, cinayət hadisəsi zərərçəkmişin azyaşlı oğlunun gözü qarşısında törədilib ki, bu da iş üzrə diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsrətov 18 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi cəzanın müddətini 16 ilə endirib.

Dövlət ittihamçısının cəzanın ağırlaşdırılması ilə bağlı kassasiya protesti isə Ali Məhkəmə tərəfindən təmin olunmayıb. İndi isə məhkəmə instansiyası təqsirləndirilən şəxsin kassasiya şikayətini araşdıracaq.

Xəbəri paylaş Dostlarınıza göndərin