LEQAL XƏBƏR məlumat verir ki, himayəsində olan 15 yaşlı bacısı oğluna işgəncə verməkdə və xəsarətlər yetirməkdə, həmçinin dələduzluqda təqsirləndirilən Günay Novruzovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlərdən biri ifadə verib.
Zərərçəkən Ş.F. bildirib ki, Günay Novruzova ilə iş yoldaşı vasitəsilə tanış olub. Onun sözlərinə görə, qadın özünü müxtəlif problemləri həll edə bilən şəxs kimi təqdim edib və əvvəlcə 600 manat istəyib. Daha sonra isə ondan dəfələrlə qızıl alıb.
Zərərçəkən ifadəsində evinə məxsus təxminən 15-16 min manat dəyərində qızılları Günay Novruzovaya verdiyini söyləyib. O, qadının ailəsi ilə bağlı müxtəlif mənfi hadisələrin baş verəcəyini dediyini, dua yazaraq bunların qarşısını alacağını vəd etdiyini bildirib.
Ş.F. həmçinin yeniyetmənin üzündə dəfələrlə cızıqlar və yaralar gördüyünü, uşağın isə bunları pişiyin cırmaqlaması ilə əlaqələndirdiyini qeyd edib. Zərərçəkənin sözlərinə görə, Günay Novruzovanın kreslosunun yanında tez-tez əl ağacı olub və qadın həmin ağacla pişikləri vurduğunu deyib.
Növbəti məhkəmə iclası noyabrın 4-nə təyin edilib.
Xatırladaq ki, 2019-cu ildə Ü.M.-in atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovu övladlarının gözü qarşısında qətlə yetirib. Bundan sonra uşaqların xalası Günay Novruzova onların qəyyumluğunu almaq üçün müraciət edib.
2025-ci il sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların nümayəndələri ailənin yaşadığı ünvana baş çəkiblər. Yeniyetmənin qəyyumu ilə birlikdə Lənkəranda olduğu müəyyənləşib. Daha sonra onlar Bakıya gətirilib, Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Günay Novruzovaya Cinayət Məcəlləsinin 133.2.4-cü, 133.2.6-cı və 178.3.2-ci maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
AZYAŞLIYA İŞGƏNCƏ VERƏN FALÇI
LEQAL XƏBƏR məlumat verir ki, himayəsində olan 15 yaşlı bacısı oğluna işgəncə verməkdə və xəsarətlər yetirməkdə, həmçinin dələduzluqda təqsirləndirilən Günay Novruzovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə
8 baxış
3 dəq