Leqal xəbər bildirirki, “Azərişıq” ASC işıq balansına yüklənən vəsaitlərin silinməsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Qurumun İnformasiya araşdırma idarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, məsələ sabit tarif tətbiqi və abonentlərin əvvəlki borclarının ödənilməsi mexanizmi ilə bağlıdır. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşların ödədiyi məbləğ iki fərqli hesab ayı üzrə bölünür ki, bu da anlaşılmazlıq yaradır. Quliyev qeyd edib ki, yanvar və fevral ayları arasında vaxt fərqinin az olması səbəbindən bəzi abonentlərdə çaşqınlıq yaranıb. Belə ki, ödənilən məbləğin bir hissəsi əvvəlki ayın, digər hissəsi isə cari ayın sabit tarifinə yönəldilir.
Eyni zamanda vurğulanıb ki, mövcud qaydalara əsasən borcu olan abonentlərin elektrik enerjisi tam ödənişdən sonra bərpa edilməlidir. Lakin vətəndaşların işıqsız qalmaması üçün bəzi hallarda daha yumşaq mexanizm tətbiq olunur və ödənişin bir hissəsi borcun bağlanmasına, digər hissəsi isə cari istifadəyə yönəldilir. Qurum istehlakçıları yaranan hallarda məlumatlı olmağa və ödənişləri diqqətlə yoxlamağa çağırıb.
“Azərişıq”dan açıqlama
Leqal xəbər bildirirki, “Azərişıq” ASC işıq balansına yüklənən vəsaitlərin silinməsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Qurumun İnformasiya araşdırma idarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, məsələ sabit tarif tətbiqi və abonentlərin əvvəlki borclarının ödənilməsi mexanizmi ilə
11 baxış
3 dəq
