İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından Leqal Xəbər-ə verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd idmançısının hər biri mərhələ adlayıb. Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun

10 baxış 3 dəq

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Leqal Xəbər-ə verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionu 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçunun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bir gün öncə daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb.

Xəbəri paylaş Dostlarınıza göndərin