İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı

Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu olub. Leqal Xəbər "Digi24"ə istinadən məlumat verir ki, noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. KİV-in məlumatına görə, Sulina

8 baxış 3 dəq

Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu olub.

Leqal Xəbər "Digi24"ə istinadən məlumat verir ki, noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

KİV-in məlumatına görə, Sulina yaxınlığında dron hücumuna məruz qalan gəmilərdən birinin 14 nəfərlik heyəti 13 Azərbaycan və bir Türkiyə vətəndaşından ibarətdir. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Rumıniyanın rəsmi qurumları hadisələri təsdiqləyiblər. Hücumlar nəticəsində Ukraynaya doğru hərəkət edən yük gəmisinin kranı zədələnib, digər iki gəmidə isə yanğın baş verib.

İlk insident noyabrın 13-də, yerli vaxtla saat 21:40-da baş verib. Palau bayrağı altında üzən "Larissa 1" gəmisi həmin vaxt Rumıniya sahillərindən təxminən 12 kilometr aralıda, "Sfântu Gheorghe" yaşayış məntəqəsi yaxınlığında olub.

Gəmi Rumıniyanın Sulina limanına, oradan isə son təyinat məntəqəsi olan Ukraynaya doğru hərəkət edirmiş. PUA hücumu nəticəsində gəminin yük kranı zədələnib. Rumıniyanın "HotNews" nəşrinin məlumatına görə, kapitan ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və zərbədən sonra yanğın baş vermədiyini bildirib.

Noyabrın 14-də Konstansa hərbi limanında çıxış edən Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea ölkə hakimiyyətinin hadisə barədə məlumatlandırıldığını və araşdırmaya başlanıldığını təsdiqləyib.

Nazir bildirib ki, hakimiyyət Rumıniya ərazisi yaxınlığında dronların fəaliyyətini izləyir. Onun sözlərinə görə, noyabrın 13-də Tulça dairəsində PUA hücumu təhlükəsi ilə bağlı ən azı iki dəfə xəbərdarlıq elan edilib. Rumıniya hakimiyyəti gəmiyə hücum edən pilotsuz uçuş aparatının mənşəyini hələ müəyyənləşdirməyib.

Rumıniyanın "News.ro" agentliyinin məlumatına görə, noyabrın 14-də axşam saatlarında ölkə sahilləri yaxınlığında daha iki ticarət gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Yunanıstan bayrağı altında üzən "Evia Petrol V" tankeri yerli vaxtla saat 21:10-da Sulina limanından təxminən dörd dəniz mili şərq-cənub-şərq istiqamətində hücuma məruz qalıb. Təxminən 35 dəqiqə sonra isə Sulina kanalı yaxınlığında "Marsol" quru yük gəmisi hədəf alınıb.

Hər iki gəmidə yanğın baş verib, lakin ekipaj üzvləri alovu söndürə biliblər. Ölən və xəsarət alan olmayıb.

Rumıniya Müdafiə Nazirliyi, həmçinin İlan adasının şərqində hava hədəfinin aşkarlandığını və bununla əlaqədar iki "F-16" qırıcı təyyarəsinin havaya qaldırıldığını bildirib. Tulça dairəsinin sakinlərinə PUA hücumu təhlükəsi barədə xəbərdarlıq edilib. Gəmilərə hücum edən dronların mənşəyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bundan əvvəl də azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalmışdı.

Xəbəri paylaş Dostlarınıza göndərin