Almaniyada fəaliyyət göstərən tanınmış cərrah Pərvin Məhərrəmov Berlindəki DRK Klinikasında cərrahiyyə şöbəsinin rəhbəri təyin olunub. Bu barədə Leqal Xəbər Azərtac məlumatına əsasıanır.
Qubadlı rayonunda anadan olan P.Məhərrəmov 2007-ci ildən Almaniyada yaşayır və fəaliyyət göstərir. Cərrahlıq karyerasına Berlindəki məşhur “Charité” klinikasında başlayıb. Daha sonra DRK Vestend Klinikasında, Aleksianer klinikasında və Bayroyt Universitet Klinikasında çalışıb.
Son aylarda DRK Berlin-Mitte klinikasının Cərrahiyyə şöbəsinin rəhbəri və həmin klinika filialının rəhbəri vəzifəsində çalışır.
Həmyerlimiz 20 ildən artıq peşə təcrübəsinə və 3 mindən çox əməliyyat təcrübəsinə malikdir. Onun əsas fəaliyyət sahələrinə onkoloji cərrahiyyə, piylənmə və metabolik cərrahiyyə, endokrin cərrahiyyə və ümumi cərrahiyyə daxildir.
P.Məhərrəmov xüsusilə minimal invaziv, laparoskopik və robotik cərrahiyyə sahələrində geniş təcrübəyə malikdir.