İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycandan çox benzin almalıyıq

Leqal xəbər erməni mətbuatına istinadən xəbər verir ki, Gevorq Papoyan yanacaq bazarındakı vəziyyətə münasibət bildirərək qiymət dinamikasını Azərbaycandan benzinin tədarükü ilə əlaqələndirib. Onun sözlərinə görə, 430 dram (1,15 dollar) qiymətinə satılan benzinə yüksək tələbat var və o, tez bir

10 baxış 3 dəq

Leqal xəbər erməni mətbuatına istinadən xəbər verir ki, Gevorq Papoyan yanacaq bazarındakı vəziyyətə münasibət bildirərək qiymət dinamikasını Azərbaycandan benzinin tədarükü ilə əlaqələndirib.
Onun sözlərinə görə, 430 dram (1,15 dollar) qiymətinə satılan benzinə yüksək tələbat var və o, tez bir zamanda alınaraq tükənir. Bu benzin bitdikdən sonra digər yanacaq növlərinin qiymətləri artır.
“Çatdırılma həcmi nə qədər çox olsa, yanacaq bazardan bir o qədər tez yoxa çıxır, çünki istehlakçılar daha ucuz benzini aktiv şəkildə alırlar. Azərbaycan benzini qurtaran kimi digər yanacaq növlərinin qiymətləri yüksəlir”, — deyə Papoyan qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, 2026-cı ilin yanvarında Ermənistana Azərbaycandan 2 milyon 403,6 min dollar dəyərində benzin və dizel yanacağı idxal olunub.
Hazırda Premium-95 (AI-95) benzini 460 dram (təxminən 1,21 dollar), Regular (AI-92) isə 440 dram (təxminən 1,16 dollar) qiymətinə satılır.
Nazir vurğulayıb ki, qiymət sabitliyi üçün daha ucuz yanacağın tədarük həcmlərini artırmaq lazımdır.
Papoyan əlavə edib ki, perspektivdə Ermənistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi yüz milyonlarla dollara çata bilər.
Onun sözlərinə görə, Bakı Ermənistan tərəfinə bu ölkəyə tədarük etməyə hazır olduğu malların siyahısını təqdim edib, cavab olaraq Yerevan da öz siyahısını göndərib.
“Hələlik, desək ki, ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müəyyən psixoloji amillər də var… Amma ticarət olacaq”, — deyə o bildirib.
Qeyd olunur ki, 2025-ci ilin noyabrında 35 ildən sonra ilk dəfə Azərbaycan üzərindən Ermənistana 1050 ton Rusiya buğdası göndərilib. Artıq dekabrda Ermənistana ilk Azərbaycan yükü — AI-95 markalı 1218 ton benzinlə dolu 22 vaqon çatıb.
Həmin vaxt Papoyan qeyd etmişdi ki, Yerevan Bakı ilə Rusiyadan maye qaz və bitum tədarükü barədə də razılığa gəlib.


Xəbəri paylaş Dostlarınıza göndərin