İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

✔️ Azərbaycandan 18 rəhbər şəxs xaricdə təhsil proqramında yer alıb

"SOCAR-ın Xaricdə Təhsil Təqaüd Proqramı 380 iştirakçını dəstəkləyib". Leqakxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin

6 baxış 3 dəq

"SOCAR-ın Xaricdə Təhsil Təqaüd Proqramı 380 iştirakçını dəstəkləyib".

Leqakxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında bildirib.

Z.Qurbanov qeyd edib ki, iştirakçılar arasında "Chicago Booth", IMD, IE Universiteti və "Columbia Business School" kimi aparıcı təhsil müəssisələrində İcraçı MBA proqramlarını bitirmiş və ya hazırda təhsil alan 18 rəhbər şəxs də var.

O bildirib ki, SOCAR dünyanın aparıcı şirkətləri və institutları ilə bilik mübadiləsi ekosistemi qurur:

"Bu addımlarla biz insan potensialımızı regionun ən böyük bilik və istedad mərkəzlərindən birinə çeviririk".

SOCAR vitse-prezidenti vurğulayıb ki, Xaricdə Təhsil Təqaüd Proqramı bu il "Brandon Hall Group HCM Excellence Awards" mükafatına layiq görülüb.

O əlavə edib ki, SOCAR-ın beynəlxalq və yerli universitetlərlə əməkdaşlığı liderlik, idarəetmə, energetika və texniki təhsil sahələrində beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə və Azərbaycanın ali təhsil ekosisteminin gücləndirilməsinə xidmət edir.

Xəbəri paylaş Dostlarınıza göndərin