İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AZƏRBAYCANDA SABAHA GÖZLƏNİLƏN HAVA PROQNOZU AÇIQLANIB

LEQAL XƏBƏR məlumat verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində şimşək

8 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər saatlarında yağıntının bəzi ərazilərdə daha intensiv olacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq və dağətəyi rayonlarda yağışın güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 18-21 dərəcə isti, gündüz 28-32 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında, xüsusilə Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağıntı, şimşək və dolu ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy və Göygöl bölgələrində bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək. Temperatur gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə isə 25-28 dərəcə isti olacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda da bəzi ərazilərdə yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntı, şimşək və dolu ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan ərazilərində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensivləşəcəyi, şimşək və dolu müşahidə olunacağı ehtimal edilir. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 17-22, gündüz 27-32 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında da yağışlı hava şəraiti proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv yağıntı, şimşək və dolu gözlənilir. Qərb küləyi bəzi ərazilərdə güclənəcək. Temperatur gecə 14-18, gündüz 23-28, dağlıq ərazilərdə isə gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə intensiv yağıntı, şimşək və dolu ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 28-32 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə intensiv yağıntı, şimşək və dolu müşahidə olunacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-21, gündüz 28-32, dağlıq ərazilərdə isə gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq.
Xəbəri paylaş Dostlarınıza göndərin