Leqal xəbər bildirirki, Tovuz rayonunda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə baxılıb və hökm elan edilib. Məhkəmənin qərarına əsasən, Röyal Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq materiallarına görə, hadisə 2024-cü ildə Tovuz rayonunda baş verib. Mübahisə zamanı Röyal Tağıyev tanışı, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək onu yandırıb. Ağır yanıq xəsarətləri alan qadın Bakıdakı ixtisaslaşmış xəstəxanaya aparılsa da, müalicə aldığı müddətdə vəfat edib.
Azərbaycanda qadını benzinlə yandıran şəxsə HÖKM OXUNDU
Leqal xəbər bildirirki, Tovuz rayonunda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə baxılıb və hökm elan edilib.
14 baxış
3 dəq
