İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri

11 baxış 3 dəq

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiklərini oğurlayıblar.

Onlardan ikisi fəhlə, digəri isə "Mercedes" markalı zibil maşınının sürücüsüdür. Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal qəbulu məntəqəsinə 70 manata satıblar. Bu oğurluqdan onların hər birinin payına 23 manat qazanc düşüb.

Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərin əməlinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin