Leqal xəbər məlumat verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin tələbəsi vəfat edib.
Fizika müəllimliyi ixtisasının I kurs tələbəsi Esmira Elxan qızı İsayeva həyatını itirib.
Hadisə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində baş verib. Bildirilir ki, o, 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
