İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AZƏRBAYCANDA ÇƏYİRTKƏLƏRİN SAYI NİYƏ ARTIR? – SƏBƏB AÇIQLANDI

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda son vaxtlar çəyirtkələrin sayının artmasının əsas səbəbi onların qonşu ölkələrdən miqrasiyası ilə əlaqələndirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, bununla bağlı ölkənin müxtəlif bölgələrində yerləşən 95 məntəqədə

13 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda son vaxtlar çəyirtkələrin sayının artmasının əsas səbəbi onların qonşu ölkələrdən miqrasiyası ilə əlaqələndirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, bununla bağlı ölkənin müxtəlif bölgələrində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər aparılıb.

Laboratoriya analizlərinin nəticələrinə əsasən, karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb.

Araşdırmalar göstərib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən ölkəmizə miqrasiya etdiyi ehtimal olunur.

AQTA bildirib ki, fitosanitar təhlükəsizliyin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qurum qeyd edib ki, çəyirtkələrin populyasiya sıxlığının nəzarətdə saxlanılması, kənd təsərrüfatına vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Xəbəri paylaş Dostlarınıza göndərin