İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər

Maraqların toqquşmasının aradan qaldırılması üçün atılacaq addımlar müəyyənləşir. Leqal Xəbər məlumat verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb. Maraqlar toqquşmasının həlli vəzifəli şəxslərin öz qulluq mövqeyindən şəxsi maraqları naminə

10 baxış 3 dəq

Maraqların toqquşmasının aradan qaldırılması üçün atılacaq addımlar müəyyənləşir.

Leqal Xəbər məlumat verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.

Maraqlar toqquşmasının həlli vəzifəli şəxslərin öz qulluq mövqeyindən şəxsi maraqları naminə istifadə etmək imkanlarının müəyyən edilərək aradan qaldırılması yolu ilə həyata keçirilir və aşağıdakıları əhatə edir:

- şəxsi maraqların bəyan edilməsinin yoxlanılması, maraqlar toqquşmasının mümkün hallarının və onların həlli yollarının müəyyən edilməsi və təhlili;

- maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxsin rəhbərliyi tərəfindən görülən tədbirlər;

- maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxs tərəfindən müstəqil şəkildə görülən tədbirlər.

Maraqlar toqquşması ehtimalı olan vəziyyət barədə məlumat verən vəzifəli şəxs səlahiyyətli subyektlər tərəfindən maraqlar toqquşmasının həll edilməsinə dair qərar qəbul edilənədək öz xidməti vəzifələrinin icrasını maraqların toqquşması hissəsində müvəqqəti dayandırır.

Maraqlar toqquşmasını həll etmək üçün aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi görülür:

- vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakının məhdudlaşdırılması;

- vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması və dəyişdirilməsi;

- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması;

- vəzifəli şəxsin maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi;

- aktivlərin özgəninkiləşdirilməsi;

- xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması;

- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması;

- vəzifəli şəxsin fəaliyyətinə nəzarətin yenidən təşkili.

Xəbəri paylaş Dostlarınıza göndərin