İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanda bərk tullantıları emal edən yeni zavod tikiləcək

Azərbaycan anaerob parçalama müəssisələrinin inşası hesabına üzvi tullantıların tam həcmdə təkrar emalına nail olmağı planlaşdırır. Leqal Xəbər bildirir ki, bu istiqamətdə müvafiq addımlar ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əks olunub. Tullantıların idarə olunması sahəsində

10 baxış 3 dəq

Azərbaycan anaerob parçalama müəssisələrinin inşası hesabına üzvi tullantıların tam həcmdə təkrar emalına nail olmağı planlaşdırır.

Leqal Xəbər bildirir ki, bu istiqamətdə müvafiq addımlar ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əks olunub.

Tullantıların idarə olunması sahəsində – 2022-ci ildə bu sektorda emissiya həcmi 4,9 milyon ton CO₂ ekvivalentinə çatıb – metan emissiyasının azaldılması və çeşidləmə təcrübəsinin genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.

2035-ci ilədək Azərbaycanda bərk məişət tullantıları poliqonlarının bilavasitə yaxınlığında anaerob parçalama zavodlarının qurulması planlaşdırılır. Bu müəssisələrdə üzvi kütlə emal olunaraq bioqaz istehsal ediləcək.

2060-cı ilədək tullantıların toplanma göstəricisinin 100 %-ə çatdırılması hədəflənir. Eyni zamanda, gələcəkdə enerji məqsədləri üçün metan qazının tutulmasını mümkün edəcək sistemlərlə təchiz edilmiş mövcud çirkab su təmizləmə komplekslərinin modernizasiyası və yeni komplekslərin yaradılması da nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin