LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydaları da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək.
Yeni dəyişiklik çox yüngül uçuş aparatlarının istismarı və onların hava məkanında hərəkətinin vahid qaydalar əsasında həyata keçirilməsini nəzərdə tutur.![]()