İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. Leqal Xəbər bildirir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və

14 baxış 3 dəq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.

Leqal Xəbər bildirir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.

Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• "iPhone", "iPad" və "Mac" cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;

• Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;

• Avtomatik sistem yeniləmələrini aktiv edin.

Xəbəri paylaş Dostlarınıza göndərin