İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

LEQAL XƏBƏR məlumat verir ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabit olaraq qiymətləndirilir və yerli yoluxma halları qeydə alınmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ölkəyə xaricdən gətirilə biləcək

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabit olaraq qiymətləndirilir və yerli yoluxma halları qeydə alınmayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ölkəyə xaricdən gətirilə biləcək infeksiyaların qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davam etdirilir.

Bildirilib ki, yay mövsümündə yüksək temperatur və yağıntıların dəyişməsi ağcaqanadlar, milçəklər və digər həşəratların aktivliyinə təsir göstərə bilər. Lakin aparılan entomoloji monitorinqlərin nəticələrinə əsasən, ölkədə həşəratlarla bağlı epidemioloji riskin artdığı yeni ərazilər müəyyən edilməyib.

Qeyd olunub ki, mövcud vəziyyət daimi nəzarətdə saxlanılır və risklərin vaxtında qiymətləndirilməsi üçün mütəmadi müşahidələr aparılır.

Vətəndaşlara tövsiyə olunub ki, yaşadıqları ərazilərdə həşəratların kütləvi artımını müşahidə etdikləri halda aidiyyəti yerli icra hakimiyyəti orqanlarına və ya müvafiq kommunal xidmətlərə müraciət etsinlər.

Xəbəri paylaş Dostlarınıza göndərin