İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI 6% FAİZ AZALIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Leqal Xəbər Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, gələnlərin 27,1 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,7

10 baxış 3 dəq

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Leqal Xəbər Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, gələnlərin 27,1 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,7 %-i İran, 4,9 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,7 %-i İsrail, 3,5 %-i Pakistan, 3,1 %-i Özbəkistan, 2,8 %-i Çin, 2,6 %-i Hindistan, 2,4 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 1 %-i Belarus, 12,2 %-i digər ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 % artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 % artaraq 699 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32 % azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5 % azalaraq 820,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bundan başqa, son 1 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər olub. Vətəndaşlarımızın 44 %-i Türkiyəyə (1 il əvvələ nisbətən 2,3 % çox), 14,6 %-i Rusiyaya (2 % az), 13 %-i Gürcüstana (17,6 % çox), 5,1 %-i İrana (44,5 % az), 23,3 %-i isə digər ölkələrə (2 % az) gedib. Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %--ni qadınlar təşkil edib.

Xəbəri paylaş Dostlarınıza göndərin