2025-ci ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əksəriyyətini kişilər təşkil edib.
Leqal Xəbər -ə bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü illə müqayisədə 2,1 faiz azdır.
Ölkəyə gələnlərin 67 faizini kişilər, 33 faizini isə qadınlar təşkil edib. Beləliklə, Azərbaycana gələn hər üç əcnəbidən təxminən ikisi kişi olub.
Gələnlərin 23,9 faizi Rusiya, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi isə Gürcüstan vətəndaşları olub.
Azərbaycana gələn hər 3 əcnəbidən 2-si kişidir
2025-ci ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əksəriyyətini kişilər təşkil edib. Leqal Xəbər -ə bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
10 baxış
3 dəq