Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda yaxın vaxtlarda yeni qaz yatağından hasilata başlanılması ilə bağlı rəsmi məlumat veriləcək. Dövlət başçısının sözlərinə görə, ölkədə qaz istehsalı artmaqda davam edir.
Prezident qeyd edib ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilib və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq genişlənir. Hazırda Avropanın Azərbaycandan enerji tədarükünə marağının artdığı vurğulanıb.