LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejiminin qarşılıqlı ləğvini nəzərdə tutan saziş imzalanıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanda rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə görüşü çərçivəsində imzalanıb.
Tərəflər qeyd ediblər ki, saziş vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin inkişafına mühüm töhfə verəcək.![]()