İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb. Leqal Xəbər istinadən məlumat verir ki, bu barədə Report-a Milli Olimpiya Komitəsindən bildirilib. Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə

15 baxış 3 dəq

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.

Leqal Xəbər istinadən məlumat verir ki, bu barədə Report-a Milli Olimpiya Komitəsindən bildirilib.

Komandanın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

B qrupunda mübarizə aparan idmançı qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. E.Kərimli əvvəlcə Moldova təmsilçisi Artyom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit de Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.

Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Təmsilçilərimizdən daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin