Leqal xəbər məlumat verir ki, Beynəlxalq ekspert Tim Stekkinqer bildirib ki, Azərbaycan ticarət və təhsil sistemlərinin rəqəmsallaşdırılması istiqamətində qabaqcıl yanaşmalar nümayiş etdirir.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən rəqəmsal transformasiya layihələri idarəetmə, təhsil və xidmət sahələrində innovativ mühitin formalaşmasına töhfə verir. Ekspert qeyd edib ki, müasir texnologiyaların tətbiqi sistemlərin daha çevik və effektiv işləməsinə imkan yaradır.
Bildirilib ki, Azərbaycanda ali təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafı, elektron idarəetmə və data əsaslı sistemlərin qurulması istiqamətində mühüm addımlar atılır.