İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycan "Korkut Ata" Film Festivalında iki bədii, bir sənədli filmlə təmsil olunacaq

Azərbaycan noyabrın 3-dən 7-dək İstanbulda keçiriləcək VI "Korkut Ata" Türk Dünyası Film Festivalında üç filmlə iştirak edəcək. Bu barədə Leqal Xəbər Mədəniyyət Nazirliyi yanında Kino Agentliyindən məlumat verilib. Bildirilib ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç

14 baxış 3 dəq

Azərbaycan noyabrın 3-dən 7-dək İstanbulda keçiriləcək VI "Korkut Ata" Türk Dünyası Film Festivalında üç filmlə iştirak edəcək.

Bu barədə Leqal Xəbər Mədəniyyət Nazirliyi yanında Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmlərinin iştirakı nəzərdə tutulub.

Belə ki, tammetrajlı bədii film kateqoriyasında "Tağıyev: Məktəb", sənədli film kateqoriyasında "Azıx mağarası", qısametrajlı bədii film kateqoriyasında "Torpağı sanı yaşayasan" filmləri nümayiş etdiriləcək.

Bundan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi "Bir cənub şəhərində", müasir sənədli film nümunəsi olaraq "Bakı Türkoloji Qurultayı 100" filmləri göstəriləcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə Türk dünyası ölkələri ilə kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələrin aparılması, yeni işgüzar əlaqələrin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. Ötən beş il ərzində festival türk ölkələrinin müxtəlif şəhərlərində, o cümlədən, Bakıda keçirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin