İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur

Energetika naziri Pərviz Şahbazov Antalyada "Dəyişən qlobal şəraitdə enerji keçidinin formalaşdırılması" mövzusunda keçirilən IEA-COP31 Energetika Nazirlərinin Dialoqunda çıxış edib. Leqal Xəbər Baku TV-yə istinadən məlumat verir ki, nazir elektrikləşmənin enerji keçidində yeni mərhələ

15 baxış 3 dəq

Energetika naziri Pərviz Şahbazov Antalyada "Dəyişən qlobal şəraitdə enerji keçidinin formalaşdırılması" mövzusunda keçirilən IEA-COP31 Energetika Nazirlərinin Dialoqunda çıxış edib.

Leqal Xəbər Baku TV-yə istinadən məlumat verir ki, nazir elektrikləşmənin enerji keçidində yeni mərhələ açdığını, həm enerji istehsalını, həm də iqtisadiyyatda enerjinin istehlak modelini dəyişdirdiyini bildirib.

Şahbazov bu prosesin bütün enerji sisteminə sərmayə qoyuluşu tələb etdiyini vurğulayıb. O, enerji istehsalının, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin paralel inkişaf etdirilməsinin, eləcə də regional bağlantıların genişləndirilməsinin vacibliyini qeyd edib.

Nazir COP31-in gündəliyində yer alan hədəfə - 2035-ci ilədək elektrik enerjisinin son enerji istehlakındakı payını 35 faizə çatdırmağa da toxunub. O bu hədəfə çatmaq üçün infrastrukturun inkişafının, maliyyə vəsaitlərinə çıxışın və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Şahbazov bildirib ki, Azərbaycan bərpaolunan mənbələrdən enerji istehsalını inkişaf etdirməklə paralel olaraq elektrik şəbəkələrini modernləşdirir və enerji saxlama sistemləri qurur.

Nazir Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüslərinin daha geniş coğrafiyada etibarlı və sərfəli elektrikləşməyə imkan yaratdığını diqqətə çatdırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin