İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik edəcək

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) ilk dəfə sədrlik etməyə hazırlaşır. Məlumata görə, 2027-ci ildə təşkilata sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır. Azərbaycan müstəqillik

11 baxış 3 dəq

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) ilk dəfə sədrlik etməyə hazırlaşır. Məlumata görə, 2027-ci ildə təşkilata sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.

Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə bu təşkilata sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub.

Bununla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarda artan təmsilçiliyi qarşıdakı illərdə də davam edəcək. Ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) kimi platformalarda da sədrlik funksiyalarını həyata keçirəcək.

Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək. Həmin il təşkilatın Zirvə görüşünün ölkəmizdə keçirilməsi nəzərdə tutulur.

2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.

Beləliklə, qarşıdakı illərdə Azərbaycanın bir sıra beynəlxalq və regional təşkilatlarda sədrlik etməsi, eləcə də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin