İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub

Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə "AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub. Bu barədə məlumat Leqal Xəbər-ə Rəqəmsal

13 baxış 3 dəq

Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə

Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə "AzParking" mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.

Bu barədə məlumat Leqal Xəbər-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.

Yeni versiyada təqdim olunan əsas dəyişikliklərə isə bunlar daxildir: məntəqənin düzgünlüyünün təsdiqi – fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi; internet bağlantısı xəbərdarlığı – bağlantı kəsildikdə, istifadəçiyə dərhal məlumatın verilməsi və yenidən yoxlama imkanının yaradılması; xidməti parklanma xəbərdarlığı – istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır; canlı fəaliyyətlər – tətbiqi açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi; xəritə görünüşü seçimi – məntəqəni daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.

Bildirilib ki, həyata keçirilən yenilənmə və təkmilləşdirmə sürücülərə parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.


Xəbəri paylaş Dostlarınıza göndərin