Leqal xəbər bildirirki, İran millisinin hücumçusu Sərdar Azmun sosial şəbəkədə etdiyi paylaşım səbəbilə yığmadan kənarlaşdırılıb. Məlumata görə, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubunda çıxış edən futbolçunun ötən il paylaşdığı foto İran milli komandasının rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Bildirilir ki, İran–BƏƏ münasibətlərindəki gərginlik fonunda bu paylaşım ciddi narazılıq yaradıb. Fotoya baxmayaraq, paylaşım hələ də Azmunun sosial media hesabında qalır. Futbolçunun “dünyanın ən böyük beyinlərindən bəziləri ilə görüşmək şərəf idi” sözləri ilə paylaşdığı görüntü əlavə müzakirələrə yol açıb. Məlumata görə, Azmunun yalnız millidən uzaqlaşdırılması deyil, ona qarşı hüquqi addımların atılması ehtimalı da nəzərdən keçirilir. Qeyd edək ki, Sərdar Azmun milli komandada 91 oyuna çıxaraq 57 qol vurub və 17 məhsuldar ötürmə edib.
Azmun millidən kənarlaşdırıldı
Leqal xəbər bildirirki, İran millisinin hücumçusu Sərdar Azmun sosial şəbəkədə etdiyi paylaşım səbəbilə yığmadan kənarlaşdırılıb. Məlumata görə, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubunda çıxış edən futbolçunun ötən il paylaşdığı foto İran milli komandasının rəhbərliyinin sərt
14 baxış
3 dəq
