Polşa, Çexiya və Macarıstandan 20-yə yaxın turizm şirkətinin nümayəndəsi 7–14 sentyabr tarixlərində Azərbaycana tanışlıq səfəri edib.
Qonaqlar Bakı, Şamaxı, Şəki və Qəbələdə turizm imkanları ilə tanış olublar. Səfər çərçivəsində xarici və yerli turizm şirkətlərinin 80-dən çox nümayəndəsinin iştirakı ilə B2B görüşlər də keçirilib.
2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Polşadan gələn ziyarətçilərin sayı 14,9%, Macarıstandan 5,6%, Çexiyadan isə 0,2% artıb.