İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Avropada hərbi çağırış müzakirələri fonunda Britaniyadan mühüm qərar

Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib. Leqal Xəbər "RİA Novosti"yə istinadən məlumat verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Kelvin Beyli parlament üzvü Qreqori Kempbellin

13 baxış 3 dəq

Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib.

Leqal Xəbər "RİA Novosti"yə istinadən məlumat verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Kelvin Beyli parlament üzvü Qreqori Kempbellin sorğusuna yazılı cavabında bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada hərbi xidmət məcburi olmayacaq.

"Hökumət hazırda ümumi hərbi çağırış sistemini bərpa etməyi planlaşdırmır. 1963-cü ildən bəri hökumətlər ölkəmizin müdafiəsini təmin etməyin ən yaxşı yolunun könüllülərdən formalaşdırılan peşəkar ordu olduğu qənaətinə sadiq qalıblar", - deyə Beyli cavabında qeyd edib.

O, Britaniya ordusunun sərəncamında strateji ehtiyat qüvvələrinin olduğunu da xatırladıb. Rəsminin sözlərinə görə, ehtiyatda olan hərbçilər qoşunların sayını artırmaq və xüsusi tapşırıqları yerinə yetirmək üçün xidmətə cəlb oluna bilərlər.

Xəbəri paylaş Dostlarınıza göndərin