Avropa İttifaqı (Aİ) Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib. Bu barədə Aİ-nin Xarici Əlaqələr üzrə Avropa Xidmətinin nümayəndəsi açıqlama verib. Bildirilib ki, Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Ukraynaya dəstək göstərən ölkələr sırasındadır. Aİ rəsmisi Azərbaycanın yardımının xüsusilə qış mövsümü ərəfəsində Ukraynanın enerji infrastrukturunun bərpası və ölkənin dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya 2,5 milyon manat dəyərində növbəti humanitar yardım göndərib. Yardıma transformatorlar, elektrik kabelləri və digər enerji avadanlıqları daxil olub.
Avropa İttifaqından Azərbaycana təşəkkür
Avropa İttifaqı (Aİ) Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib. Bu barədə Aİ-nin Xarici Əlaqələr üzrə Avropa Xidmətinin nümayəndəsi açıqlama verib. Bildirilib ki, Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Ukraynaya dəstək göstərən
8 baxış
3 dəq