LEQAL XƏBƏR məlumat verir ki, Avropa İttifaqı Ermənistana növbəti texniki yardım paketini təqdim edib.
Məlumata görə, Aİ tərəfindən İrəvana göndərilən, çəkisi təxminən 20 tona yaxın olan xüsusi texnika artıq ölkəyə çatdırılıb. Bildirilir ki, bu avadanlıq Ermənistan ərazisində riskli hesab olunan bölgələrdə humanitar minatəmizləmə işlərinə dəstək məqsədilə istifadə olunacaq.
Qeyd olunur ki, məsafədən idarə olunan iki ədəd minatəmizləmə texnikası ilə yanaşı, Ermənistan yaxın vaxtlarda zəruri tibbi avadanlıqlarla təchiz edilmiş daha iki təcili tibbi yardım avtomobili də alacaq.
Məlumata əsasən, sözügedən texnikadan Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiyası prosesində də istifadə ediləcək.![]()