İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan

Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq ona külli miqdarda ziyan vurub. Leqal Xəbər Lent.az-a istinadən məlumat verir ki, hadisə Qayıdış qəsəbəsində qeydə alınıb. Məlumata görə, 17 yaşlı Səbuhi Həsənov (şərti ad) gecəyarı həmkəndlisinin heyvanları üçün topladığı yonca bağlamalarına od

17 baxış 3 dəq

Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq ona külli miqdarda ziyan vurub.

Leqal Xəbər Lent.az-a istinadən məlumat verir ki, hadisə Qayıdış qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Səbuhi Həsənov (şərti ad) gecəyarı həmkəndlisinin heyvanları üçün topladığı yonca bağlamalarına od vurub. Yanğın daha sonra tövləyə keçib.

Nəticədə tövlə, oradakı onlarla heyvan, yaxınlıqdakı su çənləri, eləcə də yük avtomobilinə məxsus mühərrik və sürətlər qutusu yanıb. Hadisə nəticəsində zərərçəkənə ümumilikdə 86 402 manat məbləğində ziyan dəyib.

İttiham aktına əsasən, Səbuhinin bu əməli törətməsinə səbəb atasının bir neçə il əvvəl zərərçəkənlə mübahisə etməsi olub. Bildirilir ki, yeniyetmə həmin mübahisəyə görə qonşusunun tövləsini qisas məqsədilə yandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə araşdırması zamanı Səbuhinin yetkinlik yaşına çatmaması, həmçinin yanğın zamanı tövlənin qapısını açaraq heyvanları xilas etməsi yüngülləşdirici hallar kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə S.Həsənov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzanın 2 il sınaq müddəti ilə tətbiq olunduğu bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin