LEQAL XƏBƏR məlumat verir ki, hadisə avqustun 12-də saat 02:00 radələrində Ağstafa şəhərinin Vurğun qəsəbəsində baş verib.
Məlumata görə, Köçəsgər kənd sakini, 2007-ci il təvəllüdlü Elgün Xansuvar oğlu Fərəcəovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Vurğun qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əhəd Abbas oğlu Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü Elgün Fərəcəov və sərnişinləri – 2007-ci il təvəllüdlü Tapdıq Məmmədov və Bakir Həsənov xəsarət alıblar.