İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Zimbabvenin dövlət xidməti, əmək və sosial rifah naziri Edqar Moyo, Qabonun dövlət xidməti və potensialın artırılması naziri Lorens Manq Me Nzoq Eps Ndonq,

11 baxış 3 dəq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Zimbabvenin dövlət xidməti, əmək və sosial rifah naziri Edqar Moyo, Qabonun dövlət xidməti və potensialın artırılması naziri Lorens Manq Me Nzoq Eps Ndonq, Keniyanin Dövlət Xidməti, İnsan Kapitalının İnkişafı və Xüsusi Proqramlar Nazirliyinin katibi Cefri Kirinqa Ruku, Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları naziri Fəqir Mahbub Anam Svapan, Seyşel adalarının kabinet işləri üzrə dövlət katibi, dövlət qulluğu rəhbəri Marqaret Mumu, Çadın dövlət xidmətləri və sosial dialoq naziri Abdullaye Mbodu Mbami ilə görüşüb.

Leqal Xəbər bildirir ki, Agentlikdən "Report"-a verilən məlumata görə, Bakıda keçirilmiş "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.

Zimbabve tərəfi ilə görüşdə həmin ölkənin Prezidentinin Azərbaycana səfəri zamanı "ASAN xidmət" mərkəzinə ziyarəti məmnunluqla xatırlanıb. Həmçinin onun tapşırığına əsasən "ASAN xidmət" təcrübəsinin ölkələrində tətbiqi ilə bağlı zəruri addımların atılacağı qeyd olunub. Keniya tərəfi ilə keçirilən görüşdə "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi və müvafiq sistemin qurulması istiqamətində razılıq əldə olunub.

Qabon tərəfi dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinin ölkələri üçün prioritetlərdən biri olduğunu vurğulayıb. Bu baxımdan bürokratik maneələrdən kənar, çevik, şəffaf və vətəndaşyönümlü xidmətlərin təşkili sahəsində "ASAN xidmət"in ideal nümunə olduğu qeyd edilib, bu təcrübənin öyrənilməsinə və tətbiqinə dair maraq ifadə edilib.

Banqladeş, Seyşel və Çad rəsmiləri "ASAN xidmət" modelinin ölkələrində tətbiqinə dair əməkdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirərək bu istiqamətdə qısa müddətdə konkret addımların atılmasının vacibliyini vurğulayıblar. Qonaqlara ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri, təqdim olunan təlim proqramları barədə də məlumat verilib və müvafiq sahə üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin