İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ARVADININ QULAĞINI DİŞLƏYİB QOPARDI

Leqal xəbər məlumat verir ki, 1988-ci il təvəllüdlü Mahir evində spirtli içki içib və arvadı Günelin (adlar şərtidir – red.) içki içməsinə irad bildirməsi ilə bağlı aralarında mübahisəsi yaranıb. Mübahisə zamanı o, arvadının sağ qulağını dişləyib və müxtəlif xəsarətlər yetirib. İş üzrə izahat verən

11 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, 1988-ci il təvəllüdlü Mahir evində spirtli içki içib və arvadı Günelin (adlar şərtidir – red.) içki içməsinə irad bildirməsi ilə bağlı aralarında mübahisəsi yaranıb. Mübahisə zamanı o, arvadının sağ qulağını dişləyib və müxtəlif xəsarətlər yetirib.

İş üzrə izahat verən Mahir ona elan olunan ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, məlum hadisə günü saat 17-18 radələrində işdən evə gəlib:

"İşdən gələrkən içkili olmuşdum, həmçinin evə gələndə mağazadan 1 litrlik spirtli içki aldım. Həmin içkini evdə təkbaşına içdim. Sonra yanımda oturan arvadımdan "öpüş" verməyini istədim. Soyuqluğunu hiss etdim, həmənki Günel deyilsən, "bir daha öpüş ver" dedim. Həmin vaxt arvadım qulağını gətirəndə ona "dişləyərəm səni" dedim və qulağından dişlədim. Onun qulağının bir az qopduğunu gördüm və xəstəxanada qulağına tikiş vuruldu".

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, hadisə evlərinin həyətində baş verib:

"Həyətimizdəki divanda oturmuşdum. Evə sərxoş halda gələn Mahir məni səsləməyə başladı. Mən isə ona canımın ağrıdığını və məndən uzaq durmasını istədim. Sonra isə Mahir gəlib yanımda oturdu, başımdan öpdü. Daha sonra isə qulağımdan dişi ilə yapışdı. Əlimi qulağıma apardıqda qanadığını gördüm və xəstəxanaya getdim, həkimlər qulağıma tikiş qoydular. Polis əməkdaşları yanıma gəldi, mən də baş vermiş hadisəni danışdım və şikayət ərizəsi ilə müraciət etdim. Tibbi yardım aldıqdan sonra yaşadığım evə geri qayıtdım".

Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, məlum hadisədən sonra Mahirdən ayrılıb. O, əlavə edib ki, təqsirləndirilən şəxs onu ö*l*ml3 hədələyib və bu səbəbdən ondan şikayətçi olub.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


Xəbəri paylaş Dostlarınıza göndərin