İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Şarl" fırtınası Portuqaliyanı cənginə aldı: 200-dən çox aviareys ləğv edildi, məktəblər bağlandı

Portuqaliyada çərşənbə günü ölkəni bürüyən "Şarl" fırtınası səbəbindən 200-dən çox aviareys ləğv edilib. Güclü yağış və küləklə müşayiət olunan fırtına nəticəsində məktəblər, yüzlərlə supermarket və digər müəssisələr də fəaliyyətini dayandırıb. Leqal Xəbər "Reuters" agentliyinə

6 baxış 3 dəq

Portuqaliyada çərşənbə günü ölkəni bürüyən "Şarl" fırtınası səbəbindən 200-dən çox aviareys ləğv edilib. Güclü yağış və küləklə müşayiət olunan fırtına nəticəsində məktəblər, yüzlərlə supermarket və digər müəssisələr də fəaliyyətini dayandırıb.

Leqal Xəbər "Reuters" agentliyinə istinadən məlumat verir ki, fırtına ilkin proqnozlarda gözləniləndən zəif olsa da, hökumət qabaqlayıcı tədbirlər görüb.

Yanvar və fevral aylarında baş verən bir sıra fırtınalara hakimiyyətin gec reaksiya verməsi ilə bağlı tənqidlərdən sonra bütün fövqəladə xidmətlər və ordu bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Məktəblərdə dərslər dayandırılıb, ikinci dərəcəli dövlət müəssisələri bağlanıb, sakinlərə isə evdə qalmaq tövsiyə olunub.

Portuqaliyanın Dəniz və Atmosfer İnstitutunun (IPMA) məlumatına görə, Atlantik okeanı üzərindəki siklon iki hissəyə bölünüb. Bu, onun ölkənin cənubundakı Alqarve bölgəsinə çatmazdan əvvəl zəifləməsinə səbəb olub. Axşam saatlarına qədər fırtınanın Portuqaliyanın cənubunun böyük hissəsini və Lissabon bölgəsini əhatə edəcəyi gözlənilirdi.

Mülki Müdafiə İdarəsinin rəhbəri Mario Silvestrenin sözlərinə görə, qəfil daşqınlar, güclü külək və hündür dalğalar təhlükəsi səbəbindən hakimiyyət yüksək hazırlıq səviyyəsini qoruyub saxlayır.

Onun bildirdiyinə görə, gecə yarısından etibarən fövqəladə xidmətlər 538 hadisə qeydə alıblar.


Xəbəri paylaş Dostlarınıza göndərin