İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Argentinada Messi üçün xüsusi vida mərasimi keçiriləcək

Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin milli komandadakı karyerasına vida etməsi münasibətilə ölkə üzrə xüsusi tədbir təşkil edəcək. Leqalxeber.az xəbər verir ki, AFA-nın qərarına əsasən, həftəsonu keçiriləcək bütün yerli çempionat oyunlarında 10-cu dəqiqədə qarşılaşma dayandırılacaq

10 baxış 3 dəq

Argentina Futbol Assosiasiyası (AFA) Lionel Messinin milli komandadakı karyerasına vida etməsi münasibətilə ölkə üzrə xüsusi tədbir təşkil edəcək.

Leqalxeber.az xəbər verir ki, AFA-nın qərarına əsasən, həftəsonu keçiriləcək bütün yerli çempionat oyunlarında 10-cu dəqiqədə qarşılaşma dayandırılacaq və argentinalı futbolçuya bir dəqiqəlik alqışla ehtiram göstəriləcək.

Bu qərar ölkənin kişi və qadın futbolunun bütün divizionlarına, eləcə də müxtəlif futbol yarışlarına şamil olunacaq.

AFA, həmçinin klublara stadionların ekranlarında Lionel Messinin yığmadakı çıxışlarından görüntülərin nümayiş etdirilməsini tapşırıb.

Qeyd edək ki, 39 yaşlı Lionel Messi Argentina millisində 125 qol vuraraq komandanın tarixində ən məhsuldar futbolçu olub. O, 2022-ci ildə dünya çempionu olmaqla Argentina ilə bu turnirdə 36 illik həsrətə son qoyub.

Messi 2026-cı il dünya çempionatının İspaniyaya qarşı final matçının milli komanda forması ilə son oyunu olduğunu açıqlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin