Leqal Xəbər xəbər verir ki, Mirzoyan Ermənistanın heç bir tərəfdaşı ilə münasibətlərdə güzəştə getməyəcəyini bildirib. O qeyd edib ki, ölkəsinin siyasəti və diplomatiyası tarix boyu bu cür yanaşmanı qəbul etməyib.
Nazir əlavə edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə süni qarşıdurma və ya gərginlik yaratmaq niyyətində deyil.
Mirzoyanın sözlərinə görə, bu açıqlama Rusiya prezidenti Vladimir Putinin son bəyanatlarına cavab xarakteri daşıyır.