Leqal xəbər məlumat verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normativ tələblərə cavab verməyən bioloji aktiv qida məhsullarının dövriyyədən çıxarıldığını açıqlayıb.
Məlumata görə, Türkiyədən idxal olunan “Exnabet” və İtaliyadan gətirilən “Deluar Drops” adlı məhsullardan laborator analiz üçün nümunələr götürülüb. Yoxlamalar zamanı “Exnabet” məhsulunda selenium, A və E vitaminlərinin, “Deluar Drops” məhsulunda isə D3 vitamininin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
AQTA bildirib ki, faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və məhsul partiyaları məhv edilib. Qurum vətəndaşlara bioloji aktiv qida əlavələrini alarkən diqqətli olmağı və yalnız etibarlı mənbələrdən istifadə etməyi tövsiyə edib.