İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Anna boşanıb kirayələrdə qalacaq

Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan 27 fevral tarixində açıqlama verərək hökumət malikanəsindən ayrıldığını bildirib. Onun sözlərinə görə, hazırda şəxsi evi yoxdur. Hakobyan qeyd edib ki, yeni tikilən binada kreditlə mənzil alıb, lakin tikinti hələ tamamlanmadığı üçün müvəqqəti olaraq

11 baxış 3 dəq
Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan 27 fevral tarixində açıqlama verərək hökumət malikanəsindən ayrıldığını bildirib. Onun sözlərinə görə, hazırda şəxsi evi yoxdur. Hakobyan qeyd edib ki, yeni tikilən binada kreditlə mənzil alıb, lakin tikinti hələ tamamlanmadığı üçün müvəqqəti olaraq kirayə mənzildə yaşayacaq. O, həmçinin malikanəsinin və şəxsi avtomobilinin olmadığını, bank hesabında isə əvvəl satdığı evdən qalan məbləğin olduğunu, dəqiq məbləği isə xatırlamadığını deyib.
Lakin təqdim etdiyi son illik əmlak və gəlir bəyannaməsində bəzi maraqlı məqamlar yer alır. Hakobyan sonuncu bəyannaməni 27 may 2025-ci ildə təqdim edib.
Bəyannaməyə əsasən, avtomobili olmadığını desə də, onun adına üç nəqliyyat vasitəsi qeydiyyatdadır:
• 2008-ci il istehsalı Nissan
• 2006-cı il istehsalı Renault
• 2004-cü il istehsalı VAZ
Əmlak məsələsinə gəldikdə isə, Hakobyanın:
• yeni tikilən binada mənzili,
• Yerevan şəhərinin Şenqavit inzibati rayonunda yerləşən və 2024-cü ildə 45 milyon 500 min drama satdığı mənzili,
• həmçinin 2006-cı ildə miras qalmış, ortaq mülkiyyətdə olan başqa bir mənzili olub.
Maliyyə göstəricilərinə görə isə Hakobyan aşağıdakı məbləğləri bəyan edib:
• “İjevanatun” QSC-dən 49 milyon 350 min dram kredit,
• Mənim Addımım Fondundan 13 milyon 259 min 798 dram əməkhaqqı,
• Haykakan Jamanak nəşri ilə əlaqəli “DARESKIZB” MMC-dən 2 milyon 500 min dram əməkhaqqı.
Bank və nağd vəsaitlərinə gəlincə:
• bankda 40 min dollar depozit,
• bankda 10 milyon dram depozit,
• 3 milyon 622 min 308 dram nağd pul,
• 8 500 dollar nağd pul,
• 650 min dram nağd pul.
Bəyannaməyə əsasən, Anna Hakobyanın ümumi illik gəliri 105 milyon 876 min 371 dram təşkil edib.
Məqalə Ermənistan mətbuatından tərcümə edilib.
Xəbəri paylaş Dostlarınıza göndərin