İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu

Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürərən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb. Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi

12 baxış 3 dəq

Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürərən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb.

Leqal Xəbər Xitab24.az-a istinadən məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) təqsirləndirilən A.Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, anası 21 yaşlı gəncə Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində gecələr evə gəlməməsini, heç bir işlə məşğul olmamasını, avara həyat tərzi keçirməsini irad bildirib. Abdurrəhman isə valideyninin bu iradına cavab olaraq, həm anasını, həm də evi yandıracağını bildirib.

Bundan sonra Abdurrəhman həyətdən benzin götürərək yanacaq məhsulunu evin döşəmə və divarlarına, eyni zamanda qadının üzərinə töküb. Alqışqanla hadisəni törədən gənc, daha sonra atası ilə birlikdə anasını söndürməyə çalışıb. Oğulun cinayət əməli nəticəsində qadının bədən səthinin 60-65 faizi yanıb. Gülbəs Həsənova yerləşdirildiyi xəstəxanada bir neçə gün sonra dünyasını dəyişib.

Gülbəs Həsənova sağlığında ifadəsində əvvəlcə yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun polisə bu cür ifadə verməsini əri Vüqarla oğlu Abdurrəhman istəyib. Qadın daha sonra ifadəsini dəyişib, hadisənin oğlu tərəfindən törədildiyini söyləyib. Gülbəsin əri Vüqar da müstəntiqə ifadəsində yanıq xəsarətinin ventilyatorda yaranan nasazlıq nəticəsində baş vermiş yanğın zamanı qeydə alındığını bildirib.

Məhkəmə iclasında mərhumun hüquqi varisi kimi çıxış edən qızı da ifadə verib. O bildirib ki, problemlərinin bu həddə çatmasının əsas səbəbi atasının dini inancıdır:

"Evimizdə həmişə din barəsində söz-söhbətlər olub. Atam bizim təhsil almağımıza qarşı olub. Anam isə hər zaman təhsil almağımızı, iş, vəzifə sahibi olmağımızı tələb edirdi. Qardaşım bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Bununla bağlı evlərində dəfələrlə söz-söhbətlər olub. Əslində, Abdurrəhman pis uşaq olmayıb. Qardaşımı hər zaman bizə qarşı dolduran atam olub. O, atamın sözünə əsasən benzini anamın üstünə töküb. Abdurrəhman evi yandırmaq üçün benzini tökəndə atam anamı göstərib "onun da üstünə tök" deyib. Bu sözlərdən sonra qardaşım butulkanın dibində qalan benzini anamın ayaq nahiyələrinə töküb. Bununla bağlı onda sübut qismində səs yazısı da mövcuddur. Ümid edirəm ki, Abdurrəhman bundan sonra həyatı daha çox dərk edər".

Qeyd edək ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Abdurrəhman Həsənli özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərib ki, ev üstündə çox problemlər olub, səs-küy yaranıb və davanı sakitləşdirə bilməyib. O da benzini götürüb və yanğın hadisəsini törədib. Evi yandırmaqda məqsədi söz-söhbətləri bitirmək olub. Heç vaxt anasını yandırmaq kimi bir məqsədi olmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməldə heç bir amansızlıq olmadığını düşdündüyünü bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin