İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ANAR ƏSƏDLİNİN HÖKMÜNDƏN VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ BAŞLAYIB

LEQAL XƏBƏR məlumat verir ki, ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə tərəflərin anket məlumatları

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Anar Əsədlinin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili zərərçəkmiş şəxslərdən pulları borc olaraq alıb və dələduzluq niyyəti olmayıb. Vəkilin sözlərinə görə, zərərçəkmiş kimi tanınan şəxslərdən üçü də ifadəsində verilən vəsaitin borc olduğunu bildirib.

Anar Əsədli də məhkəmədə həmin şəxslərdən pulu borc olaraq aldığını və dələduzluq niyyətinin olmadığını deyib.

Dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığını və birinci instansiya məhkəməsinin hökmünün qanuni olduğunu bildirib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxıb. Lakin ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında o, məhkəmə zalında həbs edilib.

Cinayət işi üzrə Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva zərərçəkmiş şəxs qismində tanınıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin